“Ukraynanın S-300 hava hücumundan müdafiə sistemindən atılan raketin hissələrinin Belarus ərazisinə düşməsi narahatlıq doğurur”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov Moskvada jurnalistlərə açıqlaması zamanı bildirib.
"Bu, təkcə bizim deyil, həm də belaruslu tərəfdaşlarımız üçün hədsiz narahatlıq doğuran hadisədir", - deyə Peskov bildirib.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın S-300 hava hücumundan müdafiə sistemindən atılan raketin Belarus tərəfindən Brest vilayətinin Harbaça kəndi yaxınlığında vurulduğunu bildirib.
Bizim.Media