Ukrayna Hərbi Hava Qüvvələri Belarus ərazisinə raket hissələrinin düşməsi iddialarını rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat “RBC-Ukrayna”ya şərhində bildirib.
İqnat Minskin Belarus ərazisinə düşən raketin Ukrayna Silahlı Qüvvələrinə aid olması barədə bəyanatlarını rədd edərək qısaca “burada şərh ediləcək heç nə yoxdur”, deyə bəyan edib.
Eyni zamanda o xatırladıb ki, Rusiya dəfələrlə öz raketlərini Ukrayna ərazisinə Belarus sərhədi boyunca atıb.
Qeyd edək ki, Rusiya bu gün Ukraynaya növbəti iri raket hücumu həyata keçirib. Bundan sonra Belarus bəyan edib ki, onun ərazisinə guya Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit-raket sistemi düşüb.
Bizim.Media