ABŞ Prezidenti Cozef Bayden Benyamin Netanyahuya növbəti dəfə İsrailin Baş naziri seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, Ağ Evin mətbuat xidməti tərəfindən yayılan məktubda Bayden İran məsələsinə də toxunub.
Məlumata görə, Amerika prezidenti İsrailin yeni baş nazirinə ünvanladığı təbrik mıktubunda “İran təhlükəsi” də daxil olmaqla, çətinliklərlə mübarizədə ölkələrarası əməkdaşlığın vacibliyini vurğulayıb.
Qeyd edək ki, Knesset (İsrail parlamenti) dekabrın 29-da "Likud" partiyasının lideri Benyamin Netanyahunun seçkilərdən sonra qurduğu hökumətə etimad göstərib. Siyasətçi artıq yeni Baş nazir kimi and içib.
Bizim.Media