“Moldovanın milli ordusu müasir silahlarla təchiz olunmalıdır”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bildirib.
“Neytrallıq regionda baş verənlərə biganəlik demək deyil. Özümüzü müdafiə etməli olduğumuz halda, ordumuz müasir silahlarla təchiz olunmalıdır”, - deyə ölkə başçısı etiraz edib.
Qeyd edilib ki, 2023-cü ildə ölkədə müdafiə büdcəsi iki dəfə artaraq 1,697 milyard ley (87 milyon dollar) təşkil edəcək.
Bizim.Media