Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri Moskvada keçirilən danışıqlarda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. /
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Suriyada beynəlxalq yolların açılması və Türkiyə mallarının ölkə ərazisindən keçməsi müzakirə olunub.
Tərəflər, həmçinin suriyalı qaçqınların öz yerlərinə qayıtmasını asanlaşdırmaq üçün birgə mexanizm barədə razılığa gəliblər.
Bizim.Media