Çində SOS: Ölkədə nə baş verir?

Çin yeni növ koronavirusun “A” kateqoriyalı yoluxucu xəstəlik statusunu ləğv edərək, onu “B” kateqoriyalı xəstəlik elan edib.

Bizim.Media xəbər verir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin qərarı ilə yanvarın 8-dən COVID-19 “B” kateqoriyalı xəstəlik kimi təsnif ediləcək və “yeni növ koronavirus sətəlcəmi” deyil, “yeni növ koronavirus virusu” adlandırılacaq.

Bu qərar Çinin COVID-19 virusu ilə üçillik mübarizə tarixində inqilabi xarakter daşıyır. Çünki Çin pandemiya dövründə sərt mübarizə tədbirləri, o cümlədən lokal qapanmalar, kütləvi test prosesi, məcburi özünütəcrid, ölkədaxili hərəkətin dayandırılması və digər məhdudiyyətlər tətbiq etmişdi. Səhiyyə Komitəsi son qərarı ilə pandemiyaya qarşı mübarizə tədbirləri növbəti dəfə əhəmiyyətli dərəcədə yumşaldılacaq.

Belə ki, artıq virusa yoluxanlar, onlarla təmasda olanlar karantinə cəlb olunmayacaq, yoluxma aşkarlanan ərazilər riskli zona elan edilməyəcək.

Ən çox diqqətçəkən dəyişiklik isə Çinə səfər etmək istəyənlərin, eləcə də xaricə getmək istəyən Çin sakinlərinin çoxdan gözlədiyi məqamdır. Belə ki, yanvarın 8-dən etibarən xaricdən gələnlər məcburi karantinə cəlb olunmayacaqlar.
2020-ci ilin əvvəlindən Çinə gələnlər 7-28 gün ərzində mehmanxanalarda öz hesabına məcburi karantinə cəlb olunurdu. Bundan başqa, Çinə səfər etmək üçün ölkənin xaricdəki diplomatik nümayəndəliklərindən “yaşıl kod” almaq lazım gəlirdi. Bundan sonra uçuşa 48 saat qalmış verilən PCR testinin neqativ nəticəsi ilə Çinə səyahət etmək mümkün olacaq.

Digər mühüm dəyişiklik isə Çinə təyyarə uçuşlarına 3 ildir tətbiq olunan müxtəlif məhdudiyyətlərin tam aradan qaldırılmasıdır. Qərara əsasən, Çinin quru sərhədləri, dəniz limanları vasitəsilə də xaricə gediş-gəlişi bərpa ediləcək.

Qeyd edək ki, yay aylarından başlayan sonuncu “omikron” dalğası oktyabrın son günlərindən daha da ağırlaşıb. Hökumətin paytaxt Pekin də daxil olmaqla, bir neçə şəhərdə tətbiq etdiyi sərt karantin tədbirləri etirazlara səbəb olmuşdu.

Dekabrın 7-də Çin hökuməti 3 il ərzində tətbiq etdiyi “Sıfır COVID” siyasətini ləğv edərək, virusla mübarizə tədbirlərini yumşaldıb. Həmin yumşalmadan sonra ölkədə virus sürətlə yayılmağa başlayıb.

Qeyri-rəsmi məlumatlara görə, Çində sutkalıq yoluxma sayı bir neçə milyona çatıb. Bəzi xarici media orqanları Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə aid olduğu iddia edilən sənədlərə istinadla dekabrın 1-20-də Çində 250 milyon nəfərin virusa yoluxması barədə xəbərlər yayıb.

Bu da Çin əhalisinin təxminən 18 faizi deməkdir. Təkcə dekabrın 20-də 37 milyon nəfərin virusa yoluxması barədə məlumat verilib. Yenə qeyri-rəsmi məlumatlara əsasən, Pekin də daxil olmaqla, bəzi şəhər və əyalətlərin əhalisinin təxminən yarısı artıq virusa yoluxub.

Çin hökuməti dekabrın 25-dən COVID-19 virusuna yoluxanların və bu səbəbdən ölənlərin sutkalıq statistikasını dərc etməyi dayandırıb. Hazırda xəstəxanalarda müalicəyə yalnız ağır COVID-19 xəstələri qəbul olunur.
Müalicə ocaqlarının yaşlı, yataq xəstələri ilə dolu olduğu bildirilir. Xəstələrin çox olması səbəbindən idman və sərgi zalları kimi iri binalar müvəqqəti xəstəxana kimi istifadə olunur.

Dünya Səhiyyə təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus da Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib və ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

Qəbul imtahanına qeydiyyat başa çatdı

Qəbul imtahanına qeydiyyat başa çatdı

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

Dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhəri seçildi

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

End of content

No more pages to load

RADİO