ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O, qeyd edib ki, ABŞ-ın təşəbbüsü ilə İran BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılıb:
“Bu qərar cəsur iranlı qadınlara dəstək məqsədilə qəbul edilib. Onların hüquqları uğrunda mübarizə davam edir”.
Bizim.Media