Rusiya Asiya Futbol Konfederasiyasına keçəcəyi halda DÇ-2026-nın seçmə mərhələsində iştirak edə biləcək .
Bizim.Media xəbər verir ki, bu barədə "Match TV" məlumat yayıb.
Bildirilib ki, FİFA Rusiya yığmasının Asiya təşkilatına keçəcəyi təqdirdə onun seçmə mərhələsində iştirakına mane olmayacaq. Bu, Rusiya Futbol Federasiyasının (RFU) UEFA -dan AFC-yə transferi üçün həlledici arqument ola bilər.
Bir qədər əvvəl RFU prezidenti Aleksandr Dyukov bildirib ki, birliyin Asiya Konfederasiyasına verilməsi ilə bağlı qərar dekabrın 27-də açıqlanacaq.
Xatırladaq ki, bir qədər əvvəl RFU prezidenti Aleksandr Dyukov bildirib ki, birliyin Asiya Konfederasiyasına verilməsi ilə bağlı qərar dekabrın 27-də açıqlanacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Bizim.Media