Rusiya sərhəd xəttini keçmək istəyən 4 ukraynalını öldürüb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat verib.
Məlumata görə, silah və partlayıcı maddələrlə birlikdə Ukraynadan Rusiya ərazisinə sızmağa çalışan 4 ukraynalı öldürülüb. Onların Ukraynanın Bryansk vilayəti ərazisinə girməyə cəhd etdiyi məlum olub.
Həmin şəxslərin Almaniya istehsalı olan avtomat və sursatların olduğu 40 kiloqramlıq partlayıcı keçirməyə çalışdığı bildirilib.
Bizim.Media