Son günlər ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar Respublika çaylarının səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
O bildirib ki, Böyük və Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib:
“Eyni zamanda, tranzit çaylar olan Kür-Qıraqkəsəmən və Qanıx-Cəlayir məntəqələrində də suyun səviyyəsi dəyişməyib”.
Bizim.Media