Krım həm güc, həm də diplomatiya yolu ilə geri qaytarılacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov səsləndirib.
“Biz bütün itirilmiş əraziləri geri qaytaracağıq. Ukrayna 1991-ci il sərhədləri daxilində tanınan ölkədir. Bununla razılaşmayanlar İkinci Dünya Müharibəsinin sonundan bəri mövcud olan dünya nizamı və BMT-nin yeni əsasları ilə razılaşmırlar”, deyə o, qeyd edib.
Kirill Budanovun sözlərinə görə, güc olmadan heç bir şey olmayacaq: “Bölmələrimiz əllərində silahla ora gedəcəklər”.
Bizim.Media