Türkiyənin Antalya kurortunda rusiyalı qayadan yıxılaraq ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NTV telekanalı yayıb.
Məlumata görə, bir qrup turist Köprülü kanyonuna gəlib. Gəzinti zamanı turistlərdən biri şəkil çəkdirmək üçün uçurumun kənarına yaxınlaşıb, lakin müvazinətini itirərək yıxılıb.
Onun təxminən 35 m hündürlükdən daşların üzərinə yıxıldığı deyilir.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onun öldüyünü müəyyən edərək morqa aparıblar.
Bizim.Media