Misirin paytaxtı Qahirənin yaxınlığındakı Həsən Mustafa İdman Kompleksinin tribunalarından birinin metal konstruksiyası çöküb. Nəticədə 27 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ahram Online” informasiya portalı məlumat yayıb.
İnsident idman kompleksində Əl-Əhli (Qahirə) və Əl-İttihad (İsgəndəriyyə) komandaları arasında keçirilən basketbol oyunu vaxt qeydə alınıb.
Xatırladaq ki, Həsən Mustafa İdman Kompleksi 2020-ci ildə açılıb və o vaxtdan bəri burada basketbol, həndbol da daxil olmaqla, bir neçə idman oyunları keçirilir.
Bizim.Media