Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans hesab edir ki, Rusiya prezidenti Vladimir Putin faşist diktatoru Adolf Hitlerin 1943-cü ildəki vəziyyətindədir. O zaman müharibəni uduzmuşdu, lakin hələ bitməyə 2 il qalmışdı.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Nieuwsblad” nəşrində yer alıb.
“Rusiya indi beynəlxalq arenada tək qalıb. Sanksiyalar ağır zərbə vurur. Müharibə çox pul tələb edir. Putin isə artıq məğlub olub.
O, ukraynalıların dözümlülüyü ilə bağlı yanılıb. Çünki başqa heç kim korrupsioner zabitlər tərəfindən dağıdılan ordusunun vəziyyəti haqqında tam həqiqəti ona deməyə cəsarət etmir”, - Timmermans bildirib.
Bizim.Media