ABŞ Arktik siklonlara məruz qalıb.
Bizim.Media ABŞ KİV-nə istinadən xəbər verir ki, fırtına İndiana ştatının on beş əyalətində normal həyatı pozub.
Məlumata görə, ölkə üzrə 4,7 mindən çox aviareys ləğv edilib, 7,1 mindən çox uçuşda isə gecikmə var. Belə ki, təkcə İndianapolis Beynəlxalq Hava Limanında 60 reys gecikib, 100-dən çox reys ləğv edilib.
Təqribən 1,5 milyon insanın elektrik enerjisindən məhrum olduğu bildirilib.
Bizim.Media