Almaniya hökuməti İranla maliyyə və investisiya zəmanətlərini dondurub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Almaniyanın İqtisadiyyat Nazirliyi İran hökumətinin nümayişçilərə qarşı repressiyaların həyata keçirməsindən sonra İranda biznes üçün ixrac krediti və investisiya zəmanətlərini dayandıracağını açıqlayıb.
Almaniyanın İqtisadiyyat Nazirliyi bildirib ki, "İrandakı çox ciddi vəziyyət" səbəbindən iqtisadi planları, o cümlədən enerji məsələləri üzrə müzakirələri dayandırıb.
Bizim.Media