“Apple” smartfonlarının son modellərində istifadəçiləri ekranla bağlı texniki qüsur aşkar ediblər.
Bizim.Media “lenta.ru” saytına istinadla xəbər verir ki, nasazlıq “iPhone 14 Pro” və “14 Pro Max” modellərində müşahidə olunub.
Şikayətçilərin sözlərinə görə, telefonların ekranlarında yaşıl və sarı üfüqi zolaqlar aşkar edilib.
Problem adətən cihazın kilidi açıldıqda peyda olur.
Şirkət də artıq qüsuru etiraf edib və problemli telefonları yeniləri ilə dəyişməyi təklif edir.
Bizim.Media