ABŞ Prezidenti Cozef Bayden 2023-cü il üçün 858 milyard dollar məbləğində müdafiə büdcəsini imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.
Sənəddə həmçinin, digər məsələlərlə yanaşı, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Avropada Rusiyaya qarşı yönəlmiş məhdudiyyətlər üçün 6 milyard dollar ayrılması nəzərdə tutulub.
Bizim.Media