ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırdır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
Bildirilib ki, ABŞ-nın görüş üçün əsas şərti Rusiyanın danışıqlarda ciddi iradə göstərməsidir:
“Əgər Putin ciddi istək nümayiş etdirsə, Bayden onunla görüşməyə hazır olacaq”.
Bizim.Media