““Patriot” sistemlərinin tədarükü Ukraynada müharibənin uzanmasına gətirib çıxaracaq”.
Bizim.Media “Interfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Patriot”a gəlincə, bu, yetərincə köhnə sistemdir, məsələn, bizim “S-300” kimi işləmir. Ancaq buna baxmayaraq, bizə qarşı çıxanlar bunun müdafiə silahı olmasına əsaslanırlar - yaxşı, olsun. Bunu sadəcə nəzərdə saxlayacağıq”, - deyə Putin qeyd edib.
“Əlacı həmişə tapılacaq. Qoy təmin etsinlər, biz onları sınağa çəkərik”, - deyə ölkə başçısı əlavə edib.
Bizim.Media