Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfərindən sonra Polşaya gələrək burada həmkarı Anjey Duda ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Zelenski ABŞ-a səfərinin təfərrüatları barədə Polşa Prezidentinə məlumat verib.
Tərəflər Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda ikitərəfli münasibətləri müzakirə ediblər.
Prezidentlər Ukrayna dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsi, miqrantlar üçün son dərəcə vacib olan humanitar məsələlərə toxunublar.
Bizim.Media