"ABŞ çoxdan Ukraynadakı müharibəyə qatılıb”
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının yekunları ilə bağlı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Onlar (ABŞ-nı nəzərdə tutur) çoxdan bu prosesdə iştirak edirlər. Bizim potensial rəqibimiz həmişə rus dünyasını parçalamağa və ayrı-ayrı ərazilərə rəhbərlik etməyə çalışıb. Ukraynada separatizm ideyası çoxdan yaranıb",- deyə Rusiya lideri qeyd edib.
Bizim.Media