“Qətər–2022”nin təşkilində neçə azərbaycanlı mütəxəssisin əməyi var?

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı artıq başa çatıb. Dünyanın dörd bir tərəfindən futbol azarkeşlərinin üz tutduğu bu çempionatın yüksək səviyyədə təşkili də diqqətlərdən yayınmadı. Çempionatın təşkilində azərbaycanlı mütəxəssislər də iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, final oyununa ev sahibliyi edən “Lusail” stadionunun informasiya texnologiyaları (İT) təminatı komandasının əsas üzvlərindən biri, Qubadan olan Heybət Vəliyev təəssüratlarını AZƏRTAC-la bölüşüb. 

“Dünya çempionatının bir parçası olmaq qürurvericidir. Biz burada İT layihə menecerləri vəzifəsini icra edirdik. Bizim komandanın işi “Lusail” stadionunda İT layihələrinin idarə olunmasından ibarət idi. Komandamızın rəhbəri də azərbaycanlı mütəxəssis Ziya Nurdur.

“Qətər-2022”də fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin cəmləşdiyi sosial şəbəkə qrupumuz var. Qrupda 175 nəfər qeydiyyata alınıb. Bu qrup fəaliyyətimizin koordinasiya edilməsində mühüm rol oynayır. Çempionatın yüksək səviyyədə keçirilməsi üçün ümumilikdə 200-ə yaxın azərbaycanlı mütəxəssis də cəlb olunub. Tək “Lusail” stadionunda mənim tanıdığım beş həmvətənimiz çalışırdı”, - deyə Heybət Vəliyev söyləyib. 

Heybət Vəliyev yeddi aydır Qətərdədir. Onun əməkdaşlıq təklifi təşkilatçılar tərəfindən müsbət dəyərləndirildikdən sonra iyun ayında “səhradakı cənnət” adlandırılan ölkəyə yola düşüb. 

“Bizi sırf təcrübəmiz və bacarığımıza görə seçiblər. “Qətər–2022” mənim beynəlxalq oyunlarda beşinci təcrübəmdir. Bundan əvvəl Bakıda keçirilmiş Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” Azərbaycan Qran-Prisi, həmçinin Türkmənistanın paytaxtı Aşqabadda təşkil V Asiya Oyunlarında təcrübə qazanmışam. Ümumiyyətlə, ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlar, tədbirlər yerli kadrlarımızın yetişməsində böyük rol oynayıb. İndi istənilən dünya səviyyəli tədbirdə azərbaycanlı mütəxəssislərin təcrübəsindən məmnuniyyətlə faydalanırlar. Burada da gördük ki, azərbaycanlı mütəxəssislərə böyük tələbat var”, - deyə Heybət Vəliyev bildirib. 

31 yaşlı Heybət Vəliyev İT mütəxəssis olmaqla yanaşı, həm də çılğın futbol azarkeşidir. Azərbaycanlı mütəxəssisin 89 min tamaşaçı tutumuna malik “Lusail” stadionunda keçirilən 10 oyunun hər birini yaxından izləmək imkanı olub. Amma həmin saatlarda iş başında olduğundan futbol həyəcanını yaşaya bilməyib. 
 Heybət Vəliyev deyib: “Açılış və final oyunları daxil olmaqla, əsas oyunlar bizim çalışdığımız stadionda təşkil edildi. Üzərimizə böyük məsuliyyət düşürdü. Dünya futbolunun mərkəzində idik.

Böyük coşqunu, həyəcanı birgə yaşayırdıq. Əsas diqqətimiz isə işə yönəlirdi. Müxtəlif əməliyyatların icrasına cəlb olunurduq. Amma “Qətər-2022”-də azarkeşlər arasında matç izləmək imkanını da qaçıra bilməzdim. Qətər-Ekvador, Xorvatiya-Belçika, Polşa-Fransa və 14 finalda Fransa-Mərakeş qarşılaşmalarını canlı izləmişəm. Çempionatda Argentinanın Səudiyyə Ərəbistanına məğlubiyyəti, Braziliyanın hücumçusu Riçarlisonun möhtəşəm qolu, unudulmaz final matçı yaddaşımda silinməz izlər buraxdı. Yaxın günlərdə Vətənə qayıdacağıq”. 

Dünya çempionatını izləməyə gələn azərbaycanlı futbol həvəskarları, eləcə də Qətərdə yaşayan həmvətənlərimizlə də görüşmək imkanı olan Heybət Vəliyev bildirib ki, azərbaycanlı fanatlar dünya futbol bayramında kifayət qədər aktiv iştirak ediblər. Hər bir oyunda stadionda Azərbaycanın üçrəngli bayrağı dalğalanıb. 
Heybət Vəliyev böyük infrastruktur layihələri icra olunarsa, gələcəkdə ölkəmizdə futbol üzrə dünya çempionatının təşkil olunmasını da istisna etmir. Bu günə kimi yüksək səviyyədə təşkil olunan beynəlxalq yarışlar Azərbaycanı bütün dünyada müsbət imicli idman ölkəsi kimi tanıdıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp 16 yaşlı cəsur xilasedicini Ağ Evə dəvət edəcək - VİDEO

Tramp 16 yaşlı cəsur xilasedicini Ağ Evə dəvət edəcək - VİDEO

Pirəhmədlidə 146 fərdi ev ilin sonunadək təhvil veriləcək - FOTO

Pirəhmədlidə 146 fərdi ev ilin sonunadək təhvil veriləcək - FOTO

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

End of content

No more pages to load

RADİO