“Twitter”in sahibi İlon Mask rəhbər vəzifəsindən istefa verməyə hazırlaşmayacağına eyham vurub.
Bizim.Media xəbər verir ki, merikalı milyarder bu barədə şəxsi “Twitter” hesabında paylaşım edib.
“Bu işi həqiqətən boynuna götürəcək adam yoxdur və “Twitter”i ayaqda saxlamağa can atmağı heç kəs istəməz. Bir sözlə, hələ ki, varis yoxdur”, - deyə Mask qeyd edib.
Lakin, bəzi mənbələr xəbər verir ki, Mask fəal şəkildə “Twitter” üçün yeni baş direktor axtarır.
Qeyd edək ki, ötən gün “Tesla”nın sahibi sosial şəbəkədə insanların onun platformaya rəhbərliyinə dair fikirləri ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin çoxu onun “Twiter” in rəhbəri vəzifəsindən getməsinə səs verib. Mask isə rəsmi hesabında bu sorğunun nəticələrinə əməl edəcəyini qeyd edib.
Bizim.Media