“ABŞ Ukraynanı Rusiya ərazisinə zərbələr endirmək üçün silahlandırmır”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə bildirib.
O, bildirib ki, söhbət yalnız müdafiə texnikasının tədarükündən gedir. Prays bildirib ki, Vaşinqton Ukraynanı öz ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirməyə məcbur etmir.
"ABŞ hakimiyyəti Ukraynanın suverenliyini bərpa etmək üçün lazım olan müddətə qədər ona dəstək verəcək", - Departament sözçüsü qeyd edib.
Bizim.Media