ABŞ Prezidenti Cozef Bayden yaxın vaxtlarda gələn il üçün mühüm qərar verməlidir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri gələn ilin əvvəlində ikinci müddətə prezidentliyə namizədliyi ilə bağlı yekun qərarı açıqlayacaq.
Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə açıqlamasında təsdiqləyib.
O, brifinqdə müvafiq sualı cavablandırarkən deyib ki, dövlət başçısı seçkilərdə iştirak etmək niyyətindədir.
Bizim.Media