Rusiyanın Krasnodar vilayətinin mərkəzində çoxmərtəbəli yaşayış binası yanır.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Məlumata görə, binanın birinci mərtəbəsində restoran yerləşir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğının sahəsi 500 kvadratmetri əhatə edir. 50 nəfər ərazidən təxliyə edilib, 10 nəfər isə yanğından xilas edilib.
Bildirilib ki, hazırda xilasetmə və yanğınsöndürmə işləri davam edir. Yanğının nədən qaynaqlandığı hələ ki, açıqlanmayıb.
Bizim.Media