Ceyhun Bayramovun Sergey Lavrovla müzakirə etdiyi məsələlər məlum olub - XİN-dən açıqlama 

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşdə müzakirə etdiyi məsələləri açıqlayıb. 

Qurumdan Bizim.Media-ya bildirilib ki, dekabrın 5-də C.Bayramovun Rusiyaya işgüzar səfəri baş tutub. 

Görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib. 
C.Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının cari ildə 30 illik yubileyinin qeyd olunduğunu söyləyən nazir, müxtəlif tədbirlərin keçirildiyini və bu tədbirlərin ikitərəfli münasibətlərə töhfə verəcəyini qeyd edib. 

Azərbaycanlı nazir, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib. 

Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan C.Bayramov Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb.

Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub. 

Geniştərkibli görüşdən sonra Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb. 

Daha sonra, nazirlərin iştirakı ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş poçt markalarının xüsusi poçt ştempeli ilə damğalanması mərasimi keçirilib. Eyni zamanda, yeni nəşr olunmuş Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin toplusunun 2-ci cildi təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Qobustanda yol çökdü – VİDEO

Qobustanda yol çökdü – VİDEO

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO