Türkiyənin İstanbul şəhərində ağır qəza olub.
Bizim.Media “Sabah” qəzetinə istinadən xəbər verir ki, Eyübsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində çoxlu sayda xəsarətlər alanlar var.
Bildirilir ki, hadisə dekabrın 5-də səhər saatlarında Eyübsultan rayonunun Alibeyköy meydanında baş verib.
Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Bizim.Media