İranda 2 aydan çoxdur davam edən etiraz aksiyalarında 64-ü azyaşlı olmaqla 470 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə iranlı hüquq müdafiəçiləri məlumat yayıb.
Bildirilib ki, nümayişlərdə həmçinin 584-ü tələbə olmaqla, 18 210 nəfər həbs edilib.
Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsindən sonra ölkə miqyasında etiraz aksiyaları keçirilir.
Bizim.Media