İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ukraynadakı vəziyyətdən danışarkən rəsmi Kiyevi və NATO-nu ittiham edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, münaqişədən danışan İran diplomatı Ukraynadakı mövcud vəziyyəti Kiyevin NATO-ya meyl etməsində gördüyünü açıqlayıb.
“Ukraynadakı vəziyyətin səbəbləri NATO-nun şərqə doğru genişlənməsinin yanlış siyasətindədir”- deyə H.Ə.Abdullahiyan bildiirb.
İranın xarici işlər naziri bunları BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında deyib.
“Qərb İranı Rusiyaya silah göndərməkdə ittiham etməklə, Ukraynaya silah tədarükünü qanuniləşdirməyə çalışır” – deyə İranın XİN başçısı bildirib.
Bizim.Media