Ukrayna ABŞ-dan 4,5 milyard dollarlıq qrantın birinci hissəsi olan 1,5 milyard dollar alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu məbləğ pensiyaların ödənilməsinə, sosial yardımlara, xüsusən miqrantların xərclərinə və tibbi xidmətlərə sərf olunacaq.
Nazirlikdən bildirilib ki, bununla da oktyabr ayından etibarən Ukraynanın dövlət borcu 5,02 milyard dollar artaraq 103,12 milyard dollara çatıb.
Bizim.Media