İspaniya Ukraynaya “Hawk” hava hücumundan müdafiə sistemləri göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov rəsmi “Twitter” hesabında məlumat verib.
Nazirin sözlərinə görə, İspaniya Ukraynaya humanitar yardım göstərməklə yanaşı, təhlükəsizlik sahəsində də yardımı davam etdirəcək:
“İspaniya bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək. Artıq ilk “Hawk” hava hücumundan müdafiə sistemləri ölkəyə gətirilib”.
Nazir Ukrayna hərbçilərinin İspaniyada təlim keçəcəyini də qeyd edib.
Bizim.Media