Braziliyada təbii fəlakət baş verib.
Bizim.Medi xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Parana ştatında torpaq sürüşməsi nəticəsində 30 nəfər itkin düşüb.
Qeyd olunub ki, sürüşmə nəticəsində magistral yolda olan avtomobillər torpağın altında qalıb.
Ümumilikdə, yük maşınları da daxil olmaqla 16 minik avtomobili torpaq altında qalıb. İndiyədək iki nəfərin meyiti aşkar edilib.
Bizim.Media