“ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsini hərbi yolla həll etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu “Foreign Policy” jurnalının təşkil etdiyi onlayn konfransda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranarsa, son çarə kimi hərbi üsulla həll yoluna razılaşacağını bildirib.
Robert Malli qeyd edib ki, hazırda buna ehtiyac yoxdur.
Bizim.Media