Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov istefa ərizəsi yazıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Radadan isə istefa ilə bağlı maraqlı açıqlama verilib. Belə ki, deputat Yaroslav Jeleznyak bildirib ki, Kubrakovun vəzifədən azad edilməsi onun baş nazirin müavini təyin ediləcəyi ilə bağlıdır.
Eyni zamanda, hakimiyyət İnfrastruktur Nazirliyi və Regional Siyasət Nazirliyini birləşdirməyi planlaşdırır, yeni şöbəyə Kubrakov rəhbərlik edəcək.
Bizim.Media