Zelenskinin ata və anası Gəncəyə nə üçün gəlib? – SİRLİ SƏBƏB

Gəncə Azərbaycanın qədim şəhərlərindəndir. Nizami yurdunda yüzlərcə tarixi abidələr var.

Onlardan biri öz qeyri-adiliyi, unukallığı ilə seçilir. Söhbət şəhərə gələn qonaqların heyrətinə çevrilmiş “Butulka ev”dən gedir. Şəhərin Hüseyn Cavid və Qəmbər Hüseynli küçələrinin kəsişməsində yerləşən bu maraqlı tikili Gəncəyə gələn qonaqların çoxu üçün bura nəzərdə tutulan görməli yerlər siyahısındadır.

Daim turistlər və şəhərimizin qonaqları tərəfindən şəkilləri çəkilən, haqqında yazılar yazılan "Butulka ev"in çox maraqlı tarixçəsi var. 


Bu möhtəşəm memarlıq nümunəsini o zamanlar şəhər körpü-tikinti idarəsində işləyən İbarahim Cəfərov 1941-1945-ci il Böyük Vətən müharibəsinə yollanan və orada itkin düşən 26 yaşlı qardaşı Yusif Cəfərovun xatirəsini əbədiləşdirmək fikri ilə inşa edib.
İxtisasca mühəndis olan İ.Cəfərov böyük zəhmət hesabına olsa da, həm doğma qardaşının xatirəsini əbədiləşdirib, həm də hər kəsin marağına səbəb ola biləcək, Gəncəyə xüsusi bir gözəllik və maraq qata biləcək yaşayış binası tikib.

Qəribə dizaynı ilə seçilən bu evdə hazırda İbarahim Cəfərovun qızı Məhəbbət Cəfərova öz ailə silə yaşayır. Onun sözlərinə görə evin birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. Lakin, mühəndis ikinci mərtəbənin inşasında qeyri-ənənəvi tikinti materiallarından istifadə etməklə, insanların memarlıq zövqünü oxşayan və şəhərin bütün yaşayış tikililərindən fərqlənən bənzərsiz sənət əsəri yaradıb.

Məhəbbət Cəfərova evin tikilməsi tarixçəsini də Bizim.Media-nın oxucuları ilə bölüşdü:

“Böyük Vətən müharibəsi başlayanda Yusif və İbrahim müharibəyə yollanırlanırlar. İbrahim sağ-salamat geri dönür və qardaş həsrəti ilə yaşayır. O qardaşının şərəfinə heç bir yerdə analoqu olmayan, qeyri adi bir ev tikəcəyinə söz verir. İbrahim Cəfərov evin tikintisində şampan, araq butulkaları, yod şüşələrindən, müxtəlif ölçüdə daşlardn istifadə edib.


Atam qardaşının qayıdacağına ümidlə inanır və bu "butulka ev"i tikmək qərarına gəlir. Tikintisində isə cüzi daş və sement, bir də topladığı araq, çaxır şüşələrini, dərman flakonlarını istifadə edir", - deyə ev sahibəsi əlavə edib. 
Məhəbbət xanım qeyd edir ki, atası evin tikintisinə başladıqdan sonra ustanın butulkalardan ev tikdiyini eşidən qonşular, qohumlar, Gəncə sakinləri də evlərində olan şüşələri usta İbrahimin həyətinə aparır, evin tikintisinə kömək eləyirlər. Beləcə bu möhtəşəm, maraqlı dizaynlı ev ərsəyə gəlib.

Əldə etdiyimiz məlumata görə İ.Cəfərov evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli şüşədən, Qara dəniz sahillərindən toplanılan balıq qulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edib.

Evin müxtəlif yerlərinə "Gəncə" sözü yazılıb. Ön hissədə eyvanın divarına evin inşa olunma tarixi yazılıb. Dam örtüyünün qarşı tərəfdən çıxıntısına ev sahibinin itkin qardaşı Yusif Cəfərovun böyük şəkli çəkilib. Yan tərəfdə eyvanın divarına 80-ci ildə SSRİ-də keçirilən olimpiya oyunlarının şərəfinə qeydlər edilib.

Ən maraqlısı isə binanın arxasında olan təsvir və yazıdır. Burada silahlı sovet əsgəri daşlarla divarda təsvir olunub və rus dilində bu sözlər yazılıb:

"Slava veçnaya rodinı za neizvestnoqo soldata" (Vətənin naməlum əsgərinin xatirəsinə əbədi eşq olsun!). Müəllif öz adını da əsərində qeyd etməyi unutmamış və eyvanın bir hissəsində rus dilində öz adını divara həkk edib. Binanın fasadı, eyvan və tavanındak müxtəlif rəsmlər, eləcə də İbrahimin və qardaşı Yusifin hərbi geyimdə olan portreti vaxtilə həmin məhəllədə yaşayan rəssam Nazim Məmmədov tərəfindən çəkilib.

İbrahim Cəfərovun nəvəsi İlham Cəfərov hazırda yaşadıqları evin əvvəlki illərdə olan orjinal görüntüsündən danışdı. Onun sözlərinə görə, illər keçdikcə evin dizaynında bəzi dəyişikliklər edilib: 

“Binanın aşağı hissəsi sonrada kərpiclə hörülüb. Nə qədər müasir görünsə də mənim də, ziyarətə gələn turistlərin də fikrincə binanın əvvəlki arxitekturası daha da gözəl idi”, - deyə İ. Cəfərov bildirib.

“Butulka ev"i inşa edən İbrahim ustanın nəvəsi uzun illərdir dünyanın yüzlərcə ölkəsindən turistlərin bu qəribə memarlıq abidəsinə böyük maraq göstərdiyini deyir:

“Bu illər ərzində on minlərlə turist bizim evə baxmaq üçün gəlib. Dünyanın demək olar ki, bütün ölkələrindən ziyarətçi olub. Amerikadan, Avropa ölkələrindən, Çindən, Koreyadan, keçmiş possovet ölkələrindən, İran, Türkiyə, Asiya ölkələrindən turistlər “butulkalı evi”-in gözəlləyindən həzz alıblar.

Evdə onların şəkilləri və ürək sözlərini yazdıqları xeyli albomlar var. Bizim evi görməyə gələnlər arasında Barcselonanın futbolçulalarından tutmuş, müxtəlif ölkələrin rəhbərləri də var. Bu gördüyünüz şəkildəki ailə isə hazırda Ukraynanın prezidenti olan Volodimir Zelenskinin valideynləridir”, - deyə albomda şəkli göstərir.


İlham Cəfərovun sözlərinə görə hələ sovetlər biriyi dövründə babasını o zamanlar Kremlə dəvət ediblərmiş. Şəkildə olan dövlət məmurunun kim olduğunu xatırlaya bilməsə də o zamanlar məhşurlaşan evi inşa etdiyinə görə babasının Moskvaya çağrıldığını və təşəkkürnamə verildiyini deyir:
“Binanın artıq 70 yaşı var. Biz bu binanı gələcək nəsillər üçün qorumaq məqsədilə bəzi tədbirlər görmüşük. Lakin illər ötdükcə binanın möhkəmliyi təbii ki, azalır. 44 günlük müharibə zamanı ermənilər tərəfindən atılan raketlərin zərbəsindən barıda çat əmələ gəlib. Bu tək Cəfərovların mülki deyil. Bu Gəncənin, Azərbaycanın bir incisidir. Bina Mədəniyyət və Turizm Nazirliyinin saytında Gəncənin yerli sənətkarlıq möcüzəsi kimi göstərilib. Amma aidiyyatı qurumlar da hərdən bir binanın taleyi ilə maraqlansalar çox yaxşı olar”, - deyir tarixi “butulkalı ev”in sahibi.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

End of content

No more pages to load

RADİO