“Ukraynada sülhə nail olmağın yolu hərbi dəstəyi təmin etməkdir”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib.
O, bildirib ki, Ukrayna-Rusiya müharibəsi danışıqlar masası arxasında bitəcək.
“Ukraynada sülhə nail olmağın yolu hərbi dəstəyi təmin etməkdir. Bu, paradoks kimi səslənə bilər, amma həqiqət budur ki, Ukraynada davamlı sülhə nail olmağın ən yaxşı yolu hərbi dəstəyi təmin etməkdir” – deyə NATO Baş katibi vurğulayıb.
Bizim.Media