Türkiyənin milli müdafiə naziri Hulusi Akar israilli həmkarı Benyamin Qansla telefonla danışıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Akar iki ölkə arasında əlaqələrin qarşılıqlı maraqlar və həssaslıqlara hörmət əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, türkiyəli nazir səlahiyyətləri başa catan həmkarına ikitərəfli əlaqələrə verdiyi töhfəyə görə təşəkkür edib, ona yeni siyasi həyatında sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıb.
Bizim.Media