ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın energetika sahəsinə yeni yardım paketini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Bildirilib ki, ABŞ enerji şəbəkələri üçün avadanlıqların alınması üçün Ukraynaya 53 milyon dollar verəcək.
Blinken bildirib ki, yardım Ukraynanın elektrik şəbəkəsinə Rusiyanın hücumları fonunda elektrik enerjisinin ötürülmə qabiliyyətinin bərpasına sərf olunacaq.
Bizim.Media