Qətərdə təşkil olunan DÇ-2022-də bu gün 2-ci turun G qrupunda Braziliya ilə oyundan əvvəl İsveçrə millisinin avtobusu qəzaya uğrayıb.
Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, isveçrəli futbolçuları Dohadakı “Stadium-974” arenasına aparan avtobus polis maşını ilə toqquşub.
Nəşrin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, bu dəqiqələrdə ikinci hissəsi oynanılan matçda hesab açılmayıb.
Braziliya-İsveçrə - 0:0
Bizim.Media