Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, belaruslu general Stanislav Zas bildirib ki, KTMT Ermənistana yardım üçün bütöv kompleks tədbirləri təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, ONT telekanalının efirində danışıb.
Onun sözlərinə görə, KTMT vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib.
Zas qeyd edib ki, KTMT ölkələrinin liderləri İrəvan şəhərində regionda yaranmış vəziyyətin ümumi qiymətləndirilməsinə nail ola bilməyiblər.
Bizim.Media