Polşanın Qluxolazi şəhərində ukraynalı qaçqınların kütləvi zəhərlənməsi qeydə alınıb, 20-dən çox insan xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa portalı məlumat yayıb.
“Cümə günü axşam saatlarında Qluxolazidəki mərkəzdə yerləşən qaçqınlarda zəhərlənmə əlamətləri aşkarlanıb. Əsasən 2 yaşdan 16 yaşa qədər uşaqlar zəhərlənib. Ümumilikdə onların sayı 23 nəfərdir. 8-i böyük və 15-i uşaqdır”, - nəşr qeyd edib.
Yerli həkimlər adi qida zəhərlənməsini elan ediblər, lakin laboratoriya müayinələrinin nəticəsi hələ ki, yoxdur.
Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.
Bizim.Media