Azərbaycanın mina problemi Cenevrədə müzakirə EDİLDİ

2022-ci ilin 21-25 noyabr tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”nın iyirminci görüşündə iştirak edib. 

Bizim.Media agentlikdən verilən məlumata istinadən bildirir ki, görüşdə nümayəndə heyəti çıxış edərək Azərbaycanın mövqeyini təqdim edib, ölkəmizin üzləşdiyi mina problemi, hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bərpa və yenidənqurma işləri barədə məlumat verib, aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.


Həmçinin, hər bir minanın regionda sülhə və əminamanlığa maneə yaratdığı və onları aradan qaldırmaqla regionda sabitliyi və təhlükəsizliyi təmin etməyin vacibliyi qeyd edilib. 

Səfər çərçivəsində ölkəmizin üzləşdiyi mina probleminə həsr olunan “Humanitar Minatəmizləmə işlərinin çətinlikləri və birgə həll yollarına aparan tərəfdaşlıq” mövzusunda yan tədbiri keçirilib.

Otuzdan çox nümayəndənin iştirak etdiyi tədbirin başlıca məqsədi Azərbaycanda mövcud mina probleminin mahiyyətini daha təfərrüatlı şəkildə geniş ictimaiyyətə çatdırmaq və mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsindən ibarətdir. 
İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası, humanitar minatəmizləmə əməliyyatları zamanı qarşılaşdığımız çətinlikləri, tətbiq olunan metodologiyaları, cəlb olunan qurumlar tərəfindən minatəmizləmə fəaliyyətini əks etdirən presentasiya və video çarx təqdim edilib. İnnovativ həllərin inkişafı üçün milli imkanların gücləndirilməsində tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində beynəlxalq resursların cəlb olunmasının önəmi və dəstəyin əhəmiyyəti vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

End of content

No more pages to load

RADİO