Türkiyənin Diyarbakır şəhərinin Silvan rayonunda polis və mühafizəçiləri daşıyan avtobus qəzaya düşüb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb.
Qeyd edək ki, yaralılar Silvan Dövlət Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya aparılan yaralıların vəziyyətinin hazırda yaxşı olduğu bildirilib.
Bizim.Media