“The Telegraph” Azərbaycan həqiqətlərindən yazdı

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir”  başlıqlı məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bu münaqişə ilə bağlı həqiqətlərin düzgün və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər  əksini tapıb.
Qeyd edilir ki, bu münaqişə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı məcburi şəkildə öz evlərindən didərgin salınıb, dinc sakinlər qətlə yetirilib və mülki infrastruktur məhv edilib. Münaqişə nəticəsində Azərbaycan humanitar böhranla üz-üzə qalıb.

Sülhün əldə olunması üçün vaxtın çoxdan yetişdiyini qeyd edən müəllif belə bir sülhün yalnız hər iki tərəfin xoş niyyətlə apardığı danışıqlar vasitəsilə mümkün ola bilcəyini vurğulayıb. “Beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub və tərəflər arasında baş tutacaq hər hansı danışıqların obyekti məhz işğal olunmuş həmin ərazilərin geri qaytarılmasıdır”.

Müəllif Dağlıq Qarabağın bəzən “mübahisəli anklav” kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayaraq, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirir. Həmçinin 30 ilə yaxındır ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi vurğulanır.

Yazıda  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşıması ilə bağlı fikirlərin də tamamilə yanlış olduğu bildirilir. Müəllif əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda əhalisinin əksəriyyəti xristian olan Ermənistandan fərqli olaraq böyük yəhudi və xristian icmalarının, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin tarixboyu dinc yanaşı yaşadıqlarını qeyd edir.

Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın gözəl təbiətə və mədəni irsə malik olduğu, lakin erməni işğalı altında olan həmin ərazilərdə Azərbaycana məxsus tarixi keçmişin əlamətlərini silmək və tarixi dəyişdirmək məqsədilə bir çox abidələrin və memarlıq nümunələrinin dağıdıldığı qeyd olunur.

Müəllif yazır ki, sülhün əldə olunması üçün vaxt çoxdan yetişib və bu sülh üç şeydən asılıdır. Birincisi, bu münaqişə ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətinə daha geniş və dolğun məlumatın çatdırılmasıdır. İkincisi, münaqişənin həll yolunun tapılmasında beynəlxalq ictimaiyyətin səylərinin daha da artırılmasıdır. Üçüncüsü isə sülhün əldə olunmasının əsas yolunun Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə mümkün olduğunun qəbul edilməsidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"WhatsApp"ın "iOS" versiyasında yeni funksiya

"WhatsApp"ın "iOS" versiyasında yeni funksiya

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Binəqədidə maşından meyit tapıldı

Binəqədidə maşından meyit tapıldı

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Kahramanmaraşda məktəbə hücumun sifarişi xaricdən gəlibmiş... – SENSASİON DETALLAR

Kahramanmaraşda məktəbə hücumun sifarişi xaricdən gəlibmiş... – SENSASİON DETALLAR

Sumqayıtın bir hissəsində su kəsildi: Səbəb AÇIQLANDI

Sumqayıtın bir hissəsində su kəsildi: Səbəb AÇIQLANDI

İsmail Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi TƏYİN EDİLDİ

İsmail Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi TƏYİN EDİLDİ

Maklerlik ixtisası açılır - Kimlər tədris edəcək?

Maklerlik ixtisası açılır - Kimlər tədris edəcək?

Krımda ruslar üçün mühüm dəmir yolu körpüsü vuruldu: Hərəkət dayandırıldı – FOTO/VİDEO

Krımda ruslar üçün mühüm dəmir yolu körpüsü vuruldu: Hərəkət dayandırıldı – FOTO/VİDEO

Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı

Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı

İranda gənc müğənniyə bu görüntülərinə görə şallaq cəzası verildi – VİDEO

İranda gənc müğənniyə bu görüntülərinə görə şallaq cəzası verildi – VİDEO

Koreya vətəndaşları Azərbaycana vizasız gələcək? – XİN-dən RƏSMİ CAVAB

Koreya vətəndaşları Azərbaycana vizasız gələcək? – XİN-dən RƏSMİ CAVAB

Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA

Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA

Zelenski: "Ukrayna yanacaqsa, sizin Moskvanız da yanacaq"

Zelenski: "Ukrayna yanacaqsa, sizin Moskvanız da yanacaq"

Moskva yanır, fonda isə "Rammşteyn" oxuyur – VİDEO

Moskva yanır, fonda isə "Rammşteyn" oxuyur – VİDEO

"Buna görə onu evdən qovdum" -Aktyorun xanımı

"Buna görə onu evdən qovdum" -Aktyorun xanımı

Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü – Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü – Nələr müzakirə edildi? – FOTO

Moskva aeroportlarında xaos: PUA hücumundan 520-dən çox reys təxirə salındı – VİDEO

Moskva aeroportlarında xaos: PUA hücumundan 520-dən çox reys təxirə salındı – VİDEO

End of content

No more pages to load

RADİO