Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəsi ilə bağlı bəyanatına sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu barədə kansler “Twitter”də yayımladığı həftəlik videomüraciətində bildirib.
"Tehran administrasiyasına yalnız bir şeyi deyə bilərəm: öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?", - deyə Şolts qeyd edib.
Kansler İrandakı etirazçılara və bu ölkədən gələn Almaniya vətəndaşlarına dəstək olduğunu bildirib:
"İnsan hüquqları pozulduğu zaman tədbir görməliyik. Biz iranlıların daha böyük azadlıq və ədalət uğrunda cəsarətli mübarizəsinin şahidi oluruq. Sanksiyalar rejimə təzyiqi artırmağın bir yoludur".
Bizim.Media