Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olub.
Bizim.Media xəbər verir ki, bu barədə Kuleba rəsmi “Twitter”də paylaşım edib.
O bildirib ki, onlar Xersonun işğaldan azad olunması və ABŞ-ın Ukraynaya yeni hərbi yardımlarını müzakirə ediblər. Kuleba dəstəyə görə həmkarına təşəkkür edib.
Qeyd edək ki, Kuleba Kambocada keçirilən ASEAN sammitində iştirak edir.
Bizim.Media
