Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində alüminium fabrikində partlayış baş verib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, partlayış alüminium zavodunda baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Partlayışın ilkin səbəbi isə qaz sızması ilə əlaqələndirilir. Hazırda araşdırmalar aparılır.
Bizim.Media