Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkələri taxıl dəhlizini dəstəkləməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Kuleba bu haqda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 40-cı və 41-ci Sammitində ASEAN-ın Baş katibi Dato Lim Cok Hoi ilə görüşündə deyib.
Bildirilib ki, Kuleba qlobal ərzaq təhlükəsizliyi üçün taxıl dəhlizinin əhəmiyyətinə diqqət çəkərək ASEAN-dan Rusiyadan Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasını tələb etməsini istəyib.
Bizim.Media